Danışan elementlər
Daim saf təmiz qalıb,
Qətiyyən pozulmaram.
Nişan üzüyü olub,
Barmaqlarda solmuram.
Dövlətlər bir-birinə,
Qızıl pul göndərirlər.
Məşhur qəhrəmanlara,
Qızıl ulduz verirlər.(Qızıl)Bütün aləm tanıyır,
Qədim zamandan məni.
Gümüş suya dönərək
Sağaldaram xəstəni
Qızılın sirdaşıyam
Çox vaxt cığır daşıyam(Gümüş)
Qanadlı metal kimi,
Hər yanda hörmətim var.
Təyyarə mənsiz uçmaz
Cahanda şöhrətim var
Mikri gübərim kimiyəm
Qab-qacağam cox şeyəm.(Aminium)
Qiymətli sarı misəm
Sanmayın ki xəsisəm.
Çoxdur tətbiq meydanım
Telefonda lazımam
Boşqab nimçə qazanam
Tel olmağa hazıram.(Mis)
Sərt almaza çevrilib
Qranit kimi möhkəm
Süxurları qazıram.
Bəzən qrafit olub
Elə yumşalıram ki,
Kağızıda yazıram.(Karbon)
İşləməkdə tayım yox
Oluram dərman, rezin
Pambıq üzüm becərən
Faydamı özü desin.(Kükürd)
Təmiz buxarlarımdan
Canlılar zəhər dadır
Amma duzum həmişə
Əsəb xəstəliyinin
Qiymətli dərmanıdır.(Brom)
Mənsiz təbiət solar
Bitkilər açmaz çiçək.
Nadir kristallarım
Parıldayır şüşə tək.(Bor)
Düz yarım əsir əvvəl
İlk ocaq yandırmışam
Gübrə olub torpağa
Qüvvət qazandırmışam
Zəhərli sayılsamda
Nurluyam səhər axşam.(Fosfor)
Mənzil qazıla bilməz
Dərin- dərin quyular.
Lazımam təbabətə
Yüngüllüyü sevmirəm
Ağır minerallarım var.(Bariyum)
Əriyirəm çox çətin
Küllü qalay yeyeərəm.
Zərif nazik sapımla
İşıq səpələyərəm.(Volfram)
Az tapılsamda amma
Məişətdə həyatda.
Rolum artır get- gedə
Ünvanımı axtarın
Teleskopda güzgüdə.(İndiyum)
Çar arağına qarşı
Möhkəmlikdə ustayam.
Sümük birləşdirməkdə
Cərrahların dostuyam.(Tantal)
Rəng boya mənasını
Daşıyır adım mənim.
Əla keyfiyyətlidir
Növ-növ poladım mənim.(Xrom)
Texnikada ürəyəm. Buruqlara gərəyəm.
Min cür xırdavatam mən.
Göyə qalxan atam mən.
Olaram kotan maşın
Traktor avtomaşın
Sadə möhkəm dəmirəm
Mənəm mənəm demirəm.(Dəmir)
Elementin işarəsi Adı Kəşf olunduğu il Müəllif, Ölkə
Ac Aktinium 1899 A. Debern(Fransa)
Ag Gümüş ------- --------
Al Alüminium 1825 X. Ersted (Danimarka)
Am Amerisium 1945 Q.Siborq, A.Qiorso və s. (ABŞ)
Ar Arqon 1894 D. Reley, U.Ramzay (İngiltərə)
As Arsen ------- --------
At Astat 1940 E. Seqre,D.Korson,K.Makenzi(ABŞ)
Au Qızıl ------- --------
B Bor 1808 L.Gey-Lussak, L.Tenar (Fransa)
Ba Barium 1774 K.Şeyele, Y.Qan (İsveç)
Be Berillium 1798 N.-L. Volken (Fransa)
Bh Borium 1981 P.Armbruster və s. (AFR)
Bi Bismut ------- -------
Bk Berkium 1949 Q.Siborq, A.Qiorso və s. (ABŞ)
Br Brom 1826 A.Balar (Fransa)
C Karbon ------- --------
Ca Kalsium 1808 Q.Devi (İngiltərə)
Cd Kadmium 1817 F. Ştromeyer
Cl Xlor 1774 K. Şeyele(İsveç)
Cm Kürium 1994 Q.Siborq, A.Qiorso və s (ABŞ)
Cr Xrom 1797 N.L.Voklen(Fransa)
Cs Sezium 1860 R.Bunzen,Q Kirxhof (Almaniya)
Cu Mis ------- -------
Db Dubnium 1970 Q.N.Flyorov,İ.Zvara bə s (SSSR)
Du Disprozium 1886 F.Lekok-de-Buabodran(Fransa)
Er Erbium 1843 K.Mosander(İsveş)
Es Eynşteynium 1952 Q.Siborq,A.Qiorso və s(ABŞ)
Eu Evropium 1896-1901 E.Demarse(Fransa)
F Flüor 1771 K.Şeyele(İsvec)
Fm Fermium 1952 Q.Siborq, A.Qiarso və s (ABŞ)
Fe Dəmir ------- -------
Fr Fransium 1939 M.Pere(Fransa)
Ga Qallium 1875 F.Lekok-de-Buabodran (Fransa)
Gd Qadolinium 1886 F.Lekok-de-Buabodran (Fransa)
Ge Germanium 1886 K.Vinkler (Almaniya)
H Hidrogen 1766 G.Kavendiş (İngiltərə)
He Helium 1868 P.-J.Jansen (Fransa),N.Loker, E.Franklend (İngiltərə)
Hf Hafnium 1923 D.Koster, Y.-D.Xeveşi (Danimarka)
Hg Civə ------- -------
Ho Holmium 1879 P.Kleve (İsveç)
Hs Hassium 1984 Q.Flyorov, İ.Zvara və s.(SSSR), P.Armbruster və s. (AFR)
I Yod 1811 B. Q.Flyorov Kurtua (Fransa)
In İndium 1863 F.Rayx, X.Rixter (Almaniya)
Ir İridium 1804 S.Tennant (İngiltərə)
K Kalium 1807 Q.Devi (İngiltərə)
Kr Kripton 1898 U.Ramzay, M.Travers (İngiltərə)
La Lantan 1839 K.Mosander (İsveç)
Li Litium 1817 Y.-A.Arvedon (İsveç)
Lr Lourensium 1961-1971 Q.Flyorov və s.(SSSR),A. Ciorso və s. (ABŞ)
Lu Lütesium 1907 J.Yurben (Fransa), K.Auer fon-Velsbax (Avstriya)
Mg Maqnezium 1808 Q.Devi (İngiltərə)
Md Mendelevium 1955 Q.Siborq, A.Qiorso və s (ABŞ)
Mn Manqan 1774 K.Şeyele, TşBerqman,Y.Qan (İsveç)
Mo Molibden 1778 K.Şeyele (İsveç)
Mt Meytnerium 1987 P.Armbruster və s. (AFR)
N Azot 1772 D.Rezerford (İngiltərə)
Na Natrium 1807 Q.Devi (İngiltərə)
Nb Niobium 1801 Ç.Xatçett (İngiltərə)
Nd Neodim 1885 K.Auer fon-Velsbax (Avstriya)
Ne Neon 1898 U.Ramzay, M.Travers (İngiltərə)
Ni Nikel 1751 A. Kronsted (İsveç)
No Nobelium 1965 Q.Flyorov və s.(SSSR)
Np Neptunium 1940 E.Makmillan,F.Eyblon (ABŞ)
O Oksigen 1771-1774 K.Şeyele (İsveç),C.Pristli (İngiltərə)
Os Osmium 1804 S.Tennant (İngiltərə)
P Fosfor 1669 X.Brand (Almaniya)
Pa Protaktinium 1918 F.Soddi, D.Krenston (İngiltərə), O.Qan,L.Maytner (Almaniya)
Pb Qurğuşun ------- -------
Pd Palladium 1803 U.Vullaston(İngiltərə)
Pm Prometium 1945 Dc.Marinski,L.Qlendenin,Ckoriell(ABŞ)
Po Polonium 1898 M.Sklodovskaia-Küri,P.Küri (Fransa)
Pr Prazeodim 1885 K.Auerfon-Velsbax(Avstriua)
Pt Platin -------- --------
Pu Plutonium 1940 Q.Siborq,E.Makmillan və s (ABŞ)
Ra Radium 1898 M.Skladovskaya-Küri,P.Küri,Dc.Bemon(Fransa)
Rb Rubidium 1861 R .Bunzen, Q.Kirxhof(Almaniya)
Re Renium 1825-1828 V.Noddak,
Rf Rezerfordium 1968-1969 Q.N.Flyorov, İ.Zvara və s. (SSSR), A.Qiorso və s. (ABŞ)
Rh Rodium 1804 U.Vullaston (İngiltərə)
Rn Radon 1900 F.Dorn (Almaniya)
Ru Rutenium 1844 K.K. Klaus (Rusiya)
S Kükürd ------- -------
Sb Stibium ------- -------
Sc Skandium 1879 L.Nilon (İsveç)
Se Selen 1817 Y.Bertselius, Y.Qan (İsveç)
Sg Siborgium 1974 Q.Siborq, A.Qiorso və s. (ABŞ)
Si Silisium 1823 Y.Bertselius (İsveç)
Sn Qalay ------- --------
Sr Stronsium 1787 A.Kroford, U.Krukşank (İngiltərə)
Ta Tantal 1802 A. Ekeberq (İsveç)
Tb Terbium 1843 K.Mosander (İsveç)
Tc Texnesium 1937 E.Serqe, K.Perrier (İtaliya)
Te Tellur 1782 F.Müller fon-Reyxenşteyn (Macarıstan)
Th Torium 1828 Y.Bertselius (İsveç)
Ti Titan 1795-1797 M.Klaprot (Almaniya)
Tl Tallium 1861 U.Kruks (İngiltərə)
Tm Tulium 1879 P.Kleve (İsveç)
U Uran 1789 M.Klaprot (Almaniya)
W Volfram 1781 K.Şeyele (İsveç)
Xe Ksenon 1898 U.Ramzay, M.Travers (İngiltərə)
Y İttrium 1794 Y.Qadolin (Finlandiya)
Yb İtterbium 1878 J.-Ş.Marinyak (İsveçrə)
Zn Sink ------- --------
Zr Sirkonium 1789 M.Klaprot (Almaniya)
110 *** 1988 P.Armbruster və s.(AFR)
111 *** 1994-1996 P.Armbruster və s.(AFR)
112 *** 1994-1996 P.Armbruster və s.(AFR)
113 *** 2003 Rusiya-ABŞ
114 *** 1998
115 *** 2004
116 *** 2000
118 *** 2004
Kaydol:
Yorumlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder